Zaqatalada baş verən yol qəzasında 4 nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır

Zaqatalada baş verən yol qəzasında 4 nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır
# 09 sentyabr 2013 12:53 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala-Muğanlı yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayonu Yuxarı Tala kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Tural Həmid oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 62 BD 915 dövlət nişan nömrəli avtomobillə rayonun Dombabinə kənd sakini, 1985-ci il təvəllüdlü Üzeyirov Seyfi İbrahim oğlu idarə etdiyi “VAZ 2107” markalı 10 NV 718 dövlət nömrə nişanlı avtomobil qarşı-qarşıya toqquşub. Baş vermiş qəza nəticəsində avtomobillərin sürücüləri xəsarət almasa da, “VAZ 2107” markalı avtomobildə olan sərnişinlər, sürücü Seyfi Üzeyirovun oğlu, 2010-cu il təvəllüdlü Üzeyirov Fərid, Seyfi Üzeyirovun qardaşının həyat yoldaşı, Rusiyanın Volqoqrad şəhərində yaşayan, 1982-ci il təvəllüdlü Üzeyirova Pərvanə Məmmədəli qızı, onun oğlu, 2004-cü il təvəllüdlü Üzeyirov Fariz Vasif oğlu və rayonun Donbabinə kənd sakini, 1994-cü il təvəllüdlü Əliyeva Gülpəri Nurullah qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Zaqatala MRX-dan verilən məlumata görə, travmatologiya şöbəsinə yerləşdirilən Pərvanə Üzeyirovanın və Gülpəri Əliyevanın hazırda vəziyyəti orta-ağır hesab edilir. İki azyaşlıya, Fariz Üzeyirova və Fərid Üzeyirova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR