Təhsil Nazirliyi qarşısında keçirilən aksiyada saxlanılan şəxsin məhkəməsi başlayıb

Təhsil Nazirliyi qarşısında keçirilən aksiyada saxlanılan şəxsin məhkəməsi başlayıb
# 09 sentyabr 2013 11:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nərimanov rayon Məhkəməsində ötən il oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq!” şüarı ilə keçirilən aksiyada iştiraka görə həbs edilən Nahid Qəhrəmanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı sentyabrın 16-na təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 5-də bir qrup dindar Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər. Hadisə yerinə cəlb olunmuş polislər aksiyanın qarşısını almaq istəyərkən qarşıdurma yaranıb. Toqquşma nəticəsində həm polis, həm də aksiya iştirakçıları arasında xəsarət alanlar olub. Qarşıdurmada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırova da xəsarət yetirilib.

Aksiya ilə bağlı 35 nəfər həbs edilib. Onlara məhkəmə tərəfindən hökm oxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR