Prokurorluq orqanlarında işləmək istəyənlər üçün keçirilən tеst imtаhаnının nəticələri açıqlanıb

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün keçirilən tеst imtаhаnının nəticələri açıqlanıb
# 31 yanvar 2014 12:52 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

TQDK-dan APA-ya verilən məlumata görə, işə qəbul olmaq üçün ərizə təqdim etmiş 373 namizəddən 13 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 360 namizəddən 105 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb. Ən yüksək nəticə 89 bal olub.


İmtahanın nəticələri artıq TQDK-nın rəsmi internet saytında yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR