Blinken: “Rusiya ərazilərinə mümkün zərbələr barədə qərarı Ukrayna verməlidir”

Blinken: “Rusiya ərazilərinə mümkün zərbələr barədə qərarı Ukrayna verməlidir”
# 23 may 2024 04:35 (UTC +04:00)

Rusiyanın dərinliklərinə mümkün zərbələr barədə Ukraynanın özü qərar verməlidir.

APA “CNBC”yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Ukraynadan kənarda hücumlara dəstək verməyə gəlincə, biz bunu etməmişik. Amma Ukrayna öz qərarlarını özü verməli olacaq və verəcək”, - Blinken vurğulayıb.

Blinken bildirib ki, o, Kiyevi Ukrayanın ehtiyacı olduğu texnika ilə təmin etmək istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR