İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb
# 20 sentyabr 2013 07:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və 3 saylı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşya keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə APA-ya Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasına planlı etapla daxil olan 1975-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Müşfiq Şərif oğlu İsgəndərovun üzərinə baxış keçirilərkən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR