AMEA vitse-prezidenti və Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru ABŞ-da səfərdə olub - FOTO

AMEA vitse-prezidenti və Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru ABŞ-da səfərdə olub - <span style="color: red;">FOTO
# 28 iyun 2013 07:55 (UTC +04:00)

Bakı-APA. Azərbaycan alimləri ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MTİ) ilə əməkdaşlığı genişləndirməyə çalışır. Bu niyyətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev və Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Amerikanın adıçəkilən institutuna səfər ediblər. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, onlar MTİ-nin Yer, Atmosfer və Planetar Elmlər Departamentinin rəhbəri Rob van der Hilst və əməkdaşları – Nafi Toksöz, Robert Reilinger və Frank Morqan ilə görüşüblər. Görüş zamanı AMEA Geologiya İnstitutu və RSXM ilə MTİ arasındakı mövcud əməkdaşlıqdan söhbət açılıb, qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. Geologiya və geofizika elmi sahəsində gələcək müştərək tədqiqatların istiqamətləri və mövzuları müəyyən edilib.

MTİ-dəki tədqiqatlara Azərbaycandan gənc alimlərin təcrübə üçün cəlb olunması, həmçinin ABŞ alimlərinin Azərbaycana səfərləri və təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. MTİ alimlərinin bu ilin payızında Bakıya səfəri gözlənilir.

Q.Yetirmişli bildirib ki, ABŞ mütəxəssislərinin Qafqazda seysmik prosesləri öyrənməyə böyük marağı var və onlar 10 ildən çoxdur bu istiqamətdə azərbaycanlı həmkarları ilə əməkdaşlığa üstünlük verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR