Yardımlıda yeni məktəblər tikintisinə başlanıb

Yardımlıda yeni məktəblər tikintisinə başlanıb
# 18 iyul 2013 08:48 (UTC +04:00)

Yardımlı. Ağəddin Babayev – APA. Son illər Yardımlıda yeni təhsil müəssisələrinin tikintisi və yenidən qurulması işi sürətlə davam etdirilir. Rayon İcra Hakimiyyəti aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na (2009-2013-cü illər) uygun olaraq ötən müddətdə rayonda 17 yeni məktəb binası istifadəyə verilib. Hazırda daha 7 yaşayış məntəqəsində - Zevin kəndində 360, Ostayir, Avaş və Alçabulaq kəndlərinin hər birində 220, Zenqaran, Solqart və Fındıqlıqışlaq kəndlərinin hər birində isə 80 yerlik yeni məktəb binalarının tikintisi aparılır. Bu təhsil müəssisələrinin yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR