“PAŞA Bank”da əhalinin əmanətləri azalıb

“PAŞA Bank”da əhalinin əmanətləri azalıb
# 23 aprel 2014 14:24 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “PAŞA Bank”ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 949,99 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 33,7% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 26,4% artaraq 365,266 mln. manat olub.

Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 6% azalaraq 70,595 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 4,1% artaraq 402,571 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 223,526 mln. manata bərabər olub ki, bu da illik müqayisədə təxminən 15,7% azdır.

Bir il ərzində bankın məcmu kapitalı 44,5% artaraq 241,623 mln. manata çatdığı halda, nizamnamə kapitalı 45,2% artaraq 228 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 13,6% artaraq təxminən 14,333 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 10 mln 126,69 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR