TQDK-da Kollegiya iclası keçirilib

TQDK-da Kollegiya iclası keçirilib
# 05 dekabr 2013 12:37 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının (TQDK) növbəti iclası keçirilib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda “Təhsil müəssisələrində təhsil alanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması və təhsil alanların biliyinin yenidən qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərar layihəsi, “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İT-infrastrukturunun domenlərinin inkişafının reallaşdırılması üzrə tövsiyələr”, Dünya Bankının Eksperti M. Klarkın “Təhsilalanların biliyinin qiymətləndirilməsi sistemlərində ən əsası nədir: əsas istiqamətlər” adlı hesabatları müzakirə olunub.


Kollegiya iclasına üzvlərdən başqa bir sıra mütəxəssislər də iştirak edib.

Qeyd edək ki, TQDK Kollegiyasının ilk iclası noyabrın 12-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR