Kərəm Həsənov Şəkidə vətəndaşları qəbul edib - VİDEO

Kərəm Həsənov Şəkidə vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 15 noyabr 2013 14:14 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Şəkidə vətəndaşları qəbul edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəbulda Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarından olan vətəndaşların şikayət və müraciətləri dinlənilib.

Görüşdə qeyd olunub ki, Azərbaycan dünya ölkələri arasında qeydiyyat sistemində ön sıralarda durur. Qarşıda duran əsas məsələlərdən birinin elektron hökumətə keçidlə bağlı olduğunu deyən komitə sədri bildirib ki, artıq ƏMDK üzrə 16 xidmətlə bağlı elektron xidmətə keçilib, bunun da çoxu elektron hökumət portalına birbaşa inteqrasiya olunmuş xidmətlərdir. Yaxın zamanlarda əlavə olaraq daha 11 xidmətə keçiləcək. Məqsəd vətəndaş-məmur münasibətlərini minimuma endirmək, eyni zamanda vətəndaşlara çevik operativ xidmət göstərməkdir.

K.Həsənov əhali arasında “Forma 1” kimi tanınan yüklülük haqda arayışların verilməsi üzrə də yeni sistemə keçildiyini bildirib. Bu sistemin artıq texniki cəhətdən hazır olduğunu deyən komitə sədri deyib ki, yanvarın 1-dən qeyd edilən sistem fəaliyyət göstərəcək.

Komitə sədri qəbul zamanı qaldırılan bəzi məsələlərin tez bir zamanda həlli üçün uyğun göstərişlərini verib. Sakinlərə onların müraciətləri ilə bağlı qanunvericiliyin tələbləri çatdırılıb, bu məsələlərin həlli üçün zəruri addımların atılacağı, araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınıb və araşdırılaraq məlumat veriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR