Azərbaycanda qadın 6 m dərinliyində kanalizasiya quyusuna düşüb

Azərbaycanda qadın 6 m dərinliyində kanalizasiya quyusuna düşüb
# 21 noyabr 2013 16:55 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri Dadaş Bünyadzadə küçəsi, ev 49 A ünvanında baş verib.

1961-ci il təvəllüdlü, Səlimova Şərqiyyə Valəddin qızı yaşadığı evin həyətyanı sahəsində kanalizasiya sistemi üçün qazılmış 6 m dərinliyində quyunun yanında gəzərkən qəfildən ayağı sürüşərək quyuya düşüb. Onu kanalizasiya quyusundan çıxarmaq üçün hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alan Şərqiyyə Səlimovanı quyudan çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Şəki Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, Ş. Səlimova hər iki ayağının topuq nahiyəsindən sınıq xəsarətləri alıb, hazırda vəziyyəti orta stabil hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR