Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunan sərgi təşkil edilib - FOTO

Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunan sərgi təşkil edilib - <span style="color: red;">FOTO
# 20 may 2014 16:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunan, ədibin həyat və yaradıcılığını əks etdirən sərgi təşkil edilib. Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sərgidə ədibin həyat və yaradıcılığını əks etdirən ədəbiyyatlar kitablar nümayiş olunub.

“Yaradıcılığı”, “Haqqında olanlar” və s. bölmələri üzrə “Türklər kimdir, kimlərdən ibarətdir”, iki cilddən ibarət “Seçilmiş əsərlər”i, “Qərbin iki dastanında Türk”, “Siyasəti fürüsat”, “Qırmızı qaranlıqlar içində yaşıl işıq”, həmçinin ədibin nəşrində böyük əməyi olduğu “Fiyuzat” jurnalı, o cümlədən haqqında yazılan əsərlər və dövrünü əks etdirən kitablar da nümayiş etdirilib.

Nümayiş olunan 150-yə yaxın ədəbiyyat həm ənənəvi, həm də virtual olaraq Azərbaycan, rus, Türkiyə türkcəsində və Qərbi Avropa dillərində təqdim olunub. Sərgidə həmçinin fotoşəkillər videomateriallar da öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR