TQDK iyunun 13-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib

TQDK iyunun 13-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib
# 03 iyun 2014 11:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 13-də Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan, Xocavənd rayonlarında keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni http://eservices.tqdk.gov.az/sagird2014/ keçidinə daxil olaraq çap edə bilərlər. Şagirdlərə “İmtahana buraxılış vərəqə”si onların təhsil aldıqları orta ümumtəhsil müəssisələri tərəfindən də çap edilərək təqdim oluna bilər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR