Tiflisdə “Loqistika prosesləri və dəniz magistralı” layihəsinin II yekun konfransı keçirilib - FOTO

Tiflisdə “Loqistika prosesləri və dəniz magistralı” layihəsinin II yekun konfransı keçirilib - <span style="color: red;">FOTO
# 02 aprel 2014 16:42 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflisdə “Loqistika prosesləri və dəniz magistralı” layihəsinin II yekun konfransı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, öncə Avropa Komissiyasının nümayəndələri və Avropa Birliyinin (AB) Gürcüstandakı Nümayəndəliyi adından nəqliyyat sahəsi və inteqrasiya olunan sərhədlərin idarə edilməsi üzrə Şərq Tərəfdaşlığı ölkələri üçün regional proqramın meneceri Stefan Bil giriş sözü ilə çıxış edib.

Sonra AB-nin Gürcüstandakı Nümayəndəliyi rəhbərinin müavini Boris Yaroşeviç, Gürcüstanın iqtisadiyyat və sabit inkişaf nazirinin müavini, TRACEKA-nın Gürcüstandakı Milli katibi Natiya Mikeladze, “LoGMOS” layihəsinin ekspertlər qrupunun rəhbəri Andreas Şen, TRACEKA-nın Azərbaycandakı Milli katibi Akif Mustafayev və başqaları dəniz marşrutları və loqistik proseslərə aid layihənin son yekun müzakirəsini aparıblar.

Tədbirdə “Yol xəritəsi və master-planın yerinə yetirilməsi tövsiyələri” layihəsinin təqdimatı da keçirilib.

Yekun konfransda tövsiyələr qəbul edilib, tövsiyələr TRACEKA dəhlizi layihəsində iştirak edən dövlətlərə göndəriləcək.

Müzakirələrdə 13 dövlətin nümayəndələri, milli katibləri, o cümlədən Rumıniya, Moldova, Cənubi Qafqazdan Azərbaycan, Gürcüstan, həm də İran iştirak edib.

Tədbirə Azərbaycan Nəqliyyat Nazirliyinin sektor müdiri Əli Qasımov da qatılıb. TRACEKA-nın Azərbaycandakı Milli katibi Akif Mustafayev APA-ya açıqlamasında layihənin əsas əhəmiyyəti barədə fikirlərini bildirib: “TRACEKA dəhlizi layihəsi yekun müzakirəsində Asiyadan Avropaya, yəni Qafqaz üzərindən, o cümlədən Azərbaycandan keçməklə, yenə tərsinə Avropadan Asiyaya-Gürcüstandan Azərbaycana keçən marşrutlar müzakirə olunub, onun əsas yolları araşdırılıb. Sözsüz ki, müzakirələrdə əsas mövzulardan biri də Bakı-Tiflis-Qars layihəsi olub. Tədbirdə qeyd olunub ki, BTQ layihəsi 2015-ci ildə işə düşəcək”.

A. Mustafayev bu il Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi olan bərə terminalının işə salınacağını da bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bu layihələrə böyük investisiyalar yatırır və bu layihələrin bəhrəsini görəcək: “Əsas məsələ odur ki, biz bu layihələrlə Azərbaycanı tanıtmalıyıq.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR