Ali Məhkəmədə baxılan işlərin sayı ötən illə müqayisədə artıb - FOTO

Ali Məhkəmədə baxılan işlərin sayı ötən illə müqayisədə artıb - <span style="color: red;">FOTO
# 24 iyun 2013 11:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında deyib.

R. Rzayev qeyd edib ki, ötən illə müqayisədə bu il əsasən iqtisadi və mülki işlərin sayı artıb. Onun sözlərinə görə, bu, ölkənin iqtisadi inkişafı ilə bağlıdır.

R. Rzayev deyib ki, Ali Məhkəmənin ötən il baxdığı 8328 işdən cəmi 1500-ü cinayət, qalanları isə mülkidir: “Baxılan mülki işlərdə əsas mübahisə vətəndaşlarla məmurlar arasında olur”.

Məhkəmə sədri ölkə üzrə ümumi baxılan işlərdə məhkəmə qərarlarının 85 faizinin vətəndaşların xeyrinə olduğunu vurğulayıb.

Vətəndaşlara verilən ipoteka kreditləri ilə bağlı məhkəmə işlərinin sayının artması barədə suala cavabında R. Rzayev bunları deyib: “Səbəblərdən biri bankların qanunun tələbinə riayət etməməsi və qanunvericiliyin özündə müəyyən anlaşılmazlıqların olmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR