Rabitə və Yüksək Texnologiyalar Nazirliyi terrorçuluğun maliyyələşdirilməsi və elektron təhlükələrə qarşı mübarizə aparacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi terrorçuluğun maliyyələşdirilməsi və elektron təhlükələrə qarşı mübarizə aparacaq
# 20 iyun 2014 07:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparacaq. APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Əsasnaməsində əksini tapıb.

Əsasnamədə qeyd edilir ki, nazirlik cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində poçt xidməti göstərən müəssisələrin fəaliyyətinə nəzarəti həyata keçirəcək. Eyni zamanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etməli, kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını həyata keçirməli, əhalini, özəl və digər qurumları elektron vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək elektron təhlükələr barədə məlumatlandırmalı, onlara texniki və metodik yardım göstərməli, ölkəyə daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə milli internet operatorları və aidiyyəti dövlət orqanları ilə birlikdə qabaqlayıcı tədbirlər görməlidir. Nazirllik elektron təhlükələrin aşkar olunması və qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları ilə birlikdə informasiya sistemlərinin və şəbəkələrinin təhlükəsizlik üzrə auditini həyata keçirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR