Azərbaycanın müdafiə naziri Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçirilən beynəlxalq anma mərasiminə qatılıb - FOTO

Azərbaycanın müdafiə naziri Çanaqqala döyüşünün 99-cu ildönümü münasibətilə keçirilən beynəlxalq anma mərasiminə qatılıb - <span style="color: red;">FOTO
# 24 aprel 2014 14:51 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, otuz ölkənin müdafiə naziri, diplomatik nümayəndəliklərinin təmsilçiləri və digər qonaqların iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib.


Mərasim Çanaqqala döyüşündə iştirak etmiş ölkələrin hərbi formalarını geyinmiş əsgərlərin dövlət bayraqları ilə keçidi, döyüşlərdə həyatını itirmiş hərbi qulluqçuların xatirəsinin ehtiramla yad edilməsi, abidə önünə gül çələnglərinin düzülməsi və yaylım atəşlərinin açılması ilə başlayıb.

Sonra müxtəlif ölkələrin hərbi və diplomatik nümayəndəlikləri təmsilçilərinin çıxışları olub.

Mərasim hərbi keçid və Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin nümunəvi uçuşların nümayişi ilə davam edib.

Sonda Z. Həsənov müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə Şəhidlik dəftərini imzalayıb və Türk şəhidliyini ziyarət edib.

Müdafiə nazirinin Türkiyəyə səfəri aprelin 25-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR