Məcburi köçkünlər İsmayıllı rayonunda yeni yaşayış qəsəbəsinə köçürülüb - FOTO

Məcburi köçkünlər İsmayıllı rayonunda yeni yaşayış qəsəbəsinə köçürülüb - <span style="color: red;">FOTO
# 11 noyabr 2013 11:05 (UTC +04:00)

Baki. Ramiz Mikayıloğlu - APA. İsmayıllı rayonu ərazisində yeni istifadəyə verilmiş 45 ailəlik qəsəbəyə məktəblərdə yaşayan məcburi köçkünlərin köçürülmə prosesi yekunlaşıb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni qəsəbədə 45 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunub.

Qəsəbədə mənzillər ailə tərkibinə görə müvafiq rayon İcra Hakimiyyətinin nümayəndələrinin və məcburi köçkün icmalarının nümayəndələrinin iştirakı ilə püşkatma yolu ilə paylanıb. Qəsəbə su, elektrik və qaz təchizatı ilə tam təmin edilib, yol-küçə şəbəkəsi, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılıb. Bundan başqa, ərazidə 96 yerlik məktəb binası və tibb məntəqəsi də tikilib. Hər bir ailəyə isə 12 sot həyətyanı torpaq sahəsi verilib.

Qeyd edək ki, 2013-cü il ərzində Bakı Dövlət Universitetinin yataqxanalarında və Binəqədi rayonu ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmiş 1440 ailəlik məhəlləyə, Mingəçevir şəhərindəki istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə və məktəb binalarında məskunlaşan məcburi köçkünlərin yeni salınmış 502 ailəlik məhəlləyə, Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin Abşeron rayonunun Masazır qəsəbəsində 760 ailə üçün inşa edilmiş şəhərciyə köçürülməsi başa çatdırılıb.

Eyni zamanda Qəbələ rayonunda turizmin inkişaf etdirilməsi istiqamətində aparılan quruculuq işləri ilə əlaqədar köçürülməsinə zərurət yaranmış obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün rayonun Zarağan bələdiyyəsinin ərazisində inşa edilərək hələ 2010-cu ildə istifadəyə verilmiş 195 ailəlik məhəllənin ərazisində tikilmiş daha 155 ailəlik 2 ədəd beşmərtəbəli yeni yaşayış binalarına köçürülmə də qısa vaxt ərzində başa çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR