Baş Prokurorluqda Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 95 illiyi və peşə bayramı qeyd edilib - FOTOSESSİYA

Baş Prokurorluqda Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 95 illiyi və peşə bayramı qeyd edilib - <span style="color: red;">FOTOSESSİYA
# 01 oktyabr 2013 15:22 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 95 illiyi və prokurorluq işçilərinin peşə bayramı təntənəli şəkildə qeyd edib. Baş Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluğun peşə bayramı günü münasibətilə bu gün Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər Prokurorluğu orqanlarının kollektivi Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ziyarətdən sonra Baş Prokurorluqda «1 Oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü» və Milli Prokurorluğun yaradılmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimi açan Baş prokuror Zakir Qaralov 95 illik yubiley və peşə bayramı günü münasibətilə

Baş Prokurorluğun rəhbərliyi və Kollegiyası adından prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, təqaüddə olan veteranları, onların ailə üzvlərini təbrik edərək, xüsusi vurğulayıb ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün olub.

Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci ildə keçirdiyi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılmaqla, fəaliyyətimiz üçün zəruri normativ-hüquqi bazanın yaradılması, «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, yüksək tələblər səviyyəsində işləmək bacarığı olan kadr korpusunun formalaşdırılması, bütün neqativ hallara, vəzifədən sui-istifadə, istintaq zamanı ədalətsiz qərarların qəbul edilməsi, qanunsuz yoxlamaların keçirilməsinə qarşı prinsipial və qətiyyətli mübarizə aparılmaqla ciddi nəzarət mexanizminin yaradılması, prokurorluğun maddi-texniki təminat və işçilərin sosial müdafiəsi məsələlərinin beynəlxalq standartlara uyğunlaşdırılması təmin olunub.

Nəzərə çatdırılıb ki, 2003-cü ildən başlayaraq davam edən dövr ərzində, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərinə qarşı qətiyyətli mübarizə aparılaraq prokurorluğun işində ciddi qayda-qanun yaradılması, fəaliyyətin müasir tələblər səviyyəsində qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə dövlət səviyyəsində zəruri tədbirlərin görülməsi təmin edilib.

Mərasimdə qeyd edilib ki, ötən peşə bayramından keçən dövr ərzində «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, istintaq fəaliyyətinin təkmilləşdirilməsi, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarəti, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin səmərəliliyinin yüksəldilməsi, mövcud çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılmaqla ciddi nəzarət mexanizminin yaradılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsi olaraq, ixtisaslaşdırılmış qurum kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti üçün normal şəraitin yaradılması, əməkdaşların sayı əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni strukturun formalaşdırılması, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq, bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyətinin verilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və digər bu kimi islahat tədbirləri korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırmış, profilaktiki fəaliyyət daha da gücləndirilmişdir. Bütün bunlar öz real nəticələrini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən həyata keçirilən tədbirlərdə və statistik göstəricilərdə özünü göstərir ki, bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Xüsusi vurğulanıb ki, ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, mütərəqqi və şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi kimi, 2002-ci ildən başlayaraq keçirilən müsabiqə yolu ilə qulluğa qəbulun tətbiqi nəticəsində işə götürülən 553 gənc hüquqşünas Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 52 faizdən çoxunu təşkil etməsi, müxtəlif sahələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi, alternativi olmayan bu kadr seçimi vasitəsinin tətbiqinin bundan sonra da davam etdiriləcəyinə əminlik yaradıb.

Daha sonra bildirilib ki, son dövrlərdə Azərbaycan Respublikası Prokurorluğunun digər hüquq mühafizə, ilk növbədə isə Daxili İşlər və Milli Təhlükəsizlik orqanları ilə əlaqəli birgə fəaliyyətin nəticəsi olaraq, əvvəlki illərlə müqayisədə, ölkədə kriminogen durum stabilləşib və cinayətkarlığın dinamikasında mənfi təzahürlərin qarşısı alınıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir çox ağır və xüsusilə ağır cinayətlərin açılması, çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsi və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb edilməsi təmin olunub. Azərbaycan Respublikası əhalinin hər min nəfərinə düşən cinayətlərin sayına görə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr sırasında yaxşı göstəricisi olan ölkələrdəın biri kimi xarakterizə olunur. Cinayətkarlığa qarşı mübarizə sahəsində əldə edilən bu uğurlar ölkəmizdə möhkəm və dayanıqlı ictimai-siyasi sabitlik yaradılmasına yönəldilmiş dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

Mərasimdə xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarına Baş prokuror Zakir Qaralov tərəfindən «Prokurorluğun fəxri işçisi» döş nişanı, Fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.

Tədbirin sonunda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident İlham Əliyevin ünvanına müraciət qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR