Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyaya işgüzar səfərə gedib

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyaya işgüzar səfərə gedib
# 28 aprel 2014 09:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Braziliya Müdafiə Nazirliyinin rəsmi dəvəti ilə 28-29 aprel tarixlərində Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyaya işgüzar səfərə gedib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi sahədə əlaqələrin yaradılması, hərbi əməkdaşlığın istiqamətləri və perspektivlərinin müəyyənləşdirilməsi barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR