ABŞ administrasiyası senatorlarla Suriya ilə bağlı görüş keçirəcək

ABŞ administrasiyası senatorlarla Suriya ilə bağlı görüş keçirəcək
# 31 avqust 2013 18:08 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri və müdafiə naziri Çak Heygel bu gün Demokratik və Respublikaçılar partiyalarından olan senatorlarla telefon konfransı keçirəcəklər. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Ağ Evin nümayəndələrinin açıqlamalarında bildirilir ki, keçiriləcək telefon bağlantıları “administrasiyanın Bəşər Əsəd qoşunlarının avqustun 21-də kimyəvi silahdan istifadəsinə dair apardığı məsləhətləşmələrin bir hissəsidir”.

Məlumata görə, brifinqdə həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Raysın və kəşfiyyat rəhbəri Ceyms Klepperin iştirakı da gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR