“Bank Technique” 10 mln. dollar həcmində kredit cəlb edib

“Bank Technique” 10 mln. dollar həcmində kredit cəlb edib
# 07 may 2013 13:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Bank Technique” Kiprin “FMBE Bank”ından vəsaitlərin uğurla cəlb olunması ilə bağlı əqd bağlayıb.

“Bank Technique”-dən “APA-Economics”ə verilən məlumata görə, bank tərəfindən 10 mln. dollar həcmində vəsaitlər 1 illik cəlb olunub.

Bu əqd bankın maliyyələşmə mənbələrini diversifikasiya edəcək. “Bank Technique” 2013-2015-ci illlərin strategiyasına əsasən, xarici maliyyə institutları ilə əməkdaşlığı genişləndirməyə davam edir.

Qeyd edək ki, daha əvvəllər “Bank Technique” “FBME Bank”dan 5 mln. dolları məbləğində kredit cəlb edib və vaxtında onu bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR