® “Hyundai” oxumağa həvəsləndirir!

<font color=red>® </font>“Hyundai” oxumağa həvəsləndirir!
# 24 iyun 2014 07:00 (UTC +04:00)

Böyüklərə nağıl oxumaq yalvarışlarına son qoyub, özümüz oxumağa başlayandan, aldığımız hər yüksək qiymətin tərifini eşitdikcə, uğurlara pillə-pillə qalxdıqca, karyera zirvəsinə irəlilədikcə...

Yaxşı oxuyanlara daha bir sevinc payını “Hyundai” bəxş edir!

“Hyundai” gəncləri oxumağa səsləyən “Oxumaq superdir!” kampaniyasına başlayır. Valideyn yanında öyünmək üçün tələbə sevinci yaşayanlara bu, daha bir şans verir. Bu il ali məktəbə qəbul olanlar qəbul ballarının 2 misli dəyərində “Hyundai”dan endirim əldə edəcəklər.

Kampaniyada iştirak etmək üçün tələbə TQDK tərəfindən verilən iş nömrəsi, həmin vaxt üçün etibarlı şəxsiyyət vəsiqəsi, ali məktəbə qeydiyyatdan keçməsini təsdiq edən sənədlə “Auto Azərbaycan” şirkətinə və ya istənilən rəsmi “Hyundai” dilerinə yaxınlaşa bilər. Kampaniya çərçivəsində həm nağd, həm də kredit şərti ilə avtomobil almaq mümkündür. Avtomobil alarkən tələbəyə qəbul imtahanında topladığı balın iki mislinin manat ekvivalentində endirim təqdim edilir.

Sentyabrın 15-dək davam edəcək kampaniya həmin vaxtadək “Auto Azərbaycan” şirkətinin anbarında mövcud olan və satışa təqdim edilən bütün “Hyundai” minik avtomobillərinə aiddir.

Kampaniya çərçivəsində alınacaq avtomobil tələbənin özündən başqa, birinci dərəcəli qohumlarının adına da rəsmiləşdirilə bilər.

Qeyd edək ki, kampaniya artıq 2-ci ildir ki, keçirilir. Ötən ilki kampaniyadan 20-dən artıq tələbə faydalanıb.

Oxumağa və oxutmağa dəyər!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR