Respublika Seysmoloji Xidmət Mərkəzində italiyalı mütəxəssislə görüş keçirilib - FOTO

Respublika Seysmoloji Xidmət Mərkəzində italiyalı mütəxəssislə görüş keçirilib - <span style="color: red;">FOTO
# 17 aprel 2014 16:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İtaliyanın Ətraf Mühitin Analizinin Metodologiyası İnstitutunun elmi işçisi Luciano Telesca Bakıda səfərdədir.

APA-nın xəbərinə görə, qonaq səfəri çərçivəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşüb.

Luciano Telesca RSXM-in Seysmotelemetrik Monitorinq Mərkəzində görülən işlər və aparılan kompleks seysmoloji tədqiqatlar nəticəsində əldə olunmuş nəticələrlə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR