Yazıçılar Birliyində “Luç” Mədəniyyət Assosiasiyasının 10 illiyi münasibətilə tədbir keçirilib - FOTOSESSİYA

Yazıçılar Birliyində “Luç” Mədəniyyət Assosiasiyasının 10 illiyi münasibətilə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 10 aprel 2014 13:14 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Yazıçılar Birliyində “Luç” Mədəniyyət Assosiasiyasının 10 illiyi və təşkilatın keçirdiyi ədəbiyyat müsabiqəsinin qaliblərinin elan olunması münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri Elmira Axundova, Mixail Zabelin, xalq yazıçısı Çingiz Abdullayev, təşkilatın sədri Həsən Quliyev və başqaları iştirak edib.

E.Axundova təşkilatın keçdiyi on illik yol haqqında tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, mədəniyyət assosiasiyası Azərbaycanın ədəbi və mədəni həyatında yaxından iştirak edib, bədii yaradıcılıqla məşğul olan insanlara dəstək göstərib: “Assosiasiya 10 il müddətində bir sıra uğurlara imza atıb, müxtəlif ölkələrdə mədəni tədbirlər keçirib. Təşkilatın Azərbaycan Yazıçılar Birliyi və Rusiya Yazıçılar Birliyi ilə sıx ədəbi əlaqələri var”.

Millət vəkili, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin çıxışında bildirib ki, təşkilat mədəniyyət sahəsində gördüyü tədbirləri davam etdirəcək və ədəbi əsərlərin təbliği istiqamətində qələm adamlarına dəstək olacaq. M.Zabelin Elmira Axundova və Çingiz Abdullayevi fəxri fərmanla təltif edib.

Sonda assosiasiyanın keçirdiyi müsabiqənin qaliblərinə mükafatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR