Sabirabadda 1 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib

Sabirabadda 1 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib
# 23 yanvar 2014 18:07 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisəsi Sabirabad rayonunun Surra kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m qamışdan ibarət birmərtəbəli 1 otaqlı evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın kəşfiyyatı zamanı evdə Ə.M. Məlikovun yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR