Azərbaycanda 160 tələbə və məzuna vakant iş yerlərinə göndəriş verilib

Azərbaycanda 160 tələbə və məzuna vakant iş yerlərinə göndəriş verilib
# 12 may 2014 07:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə bu günlərdə Azərbaycan Texniki Universitetində (ATU) keçirilən aktiv məşğulluq tədbirində 160 nəfər tələbə və məzuna boş (vakant) iş yerlərinə göndəriş verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin iş yerlərindən 22-si dövlət, 138-i qeyri-dövlət sektoruna aiddir.

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan tədbirdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılması üçün 705 nəfər tələbə və məzun barədə şəxsi məlumatlar (CV) işəgötürənlərə təqdim edilib. Tədbir zamanı 45 nəfər şəxs yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarına cəlb olunmaları üçün qeydə alınıb.

Tədbirdə 87-si özəl sektora aid 116 müəssisə tərəfindən ümumilikdə 1 245 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib ki, onlardan 735-i özəl müəssisələrə aid olub. Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunları da iştirak edib. Digər ali təhsil ocaqlarında da belə tədbirlərin təşkili planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR