Ombudsman Moskva şəhərinin və Yaroslavl vilayətinin İnsan Hüquqları üzrə müvəkkillərini qəbul edib

Ombudsman Moskva şəhərinin və Yaroslavl vilayətinin İnsan Hüquqları üzrə müvəkkillərini qəbul edib
# 08 oktyabr 2013 10:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ombudsman Elmira Süleymanova prezident seçkilərini izləyəcək MDB üzrə müşahidə missiyasının üzvləri Moskva şəhərinin və Yaroslavl vilayətinin İnsan Hüquqları üzrə Müvəkkilləri Aleksandr Muzıkantskiy və Sergey Baburkini qəbul edib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, görüş zamanı E.Süleymanova prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi məqsədilə əlavə və dəyişikliklər edilmiş Seçki Məcəlləsinə və müvafiq təlimatlara uyğun olaraq iş aparıldığını, seçki hüquqları sahəsində maarifləndirmə işinin genişləndirildiyini, dairə və məntəqə seçki komissiyaları üçün təlimlər və seminarlar təşkil edildiyini, seçki məntəqələrinin müasir avadanlıqla, informasiya texnologiyaları vasitələri ilə təmin edildiyini, lazımi şəraitin yaradıldığını, veb-kameraların quraşdırıldığını, MSK tərəfindən müşahidəçilər və polis əməkdaşları üçün yaddaş kitabçalarının və digər nəşrlərin hazırlandığını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR