Novruz Aslanov Qızıl Aypara Cəmiyyətinin Saatlı rayon bölməsinin işi ilə tanış olub - FOTO

Novruz Aslanov Qızıl Aypara Cəmiyyətinin Saatlı rayon bölməsinin işi ilə tanış olub - <span style="color: red;">FOTO
# 13 mart 2014 12:15 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Saatlı rayonunda səfərdə olub.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, səfər zamanı Qızıl Aypara Cəmiyyətinin Saatlı Rayon Bölməsinə baş çəkib və Rayon Bölməsinin sədri, işçiləri və könüllüləri ilə görüşüb. Görüşdə Rayon Bölməsinin fəaliyyətinin daha da genişləndirilməsi, gənclər üzrə təlimatçıların işçi kimi götürülməsindən danışılıb. Həmçinin Saatlı Rayon Bölməsinin inzibati binasının hazırkı vəziyyəti ilə tanış olub. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Rayon Bölməsinə öz tövsiyələrini verib və gələcək işlərində onlara uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR