Azərbaycanda kommersiya banklarının xarici öhdəliklərinin artımı davam edir

Azərbaycanda kommersiya banklarının xarici öhdəliklərinin artımı davam edir
# 21 yanvar 2014 15:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi illik müqayisədə 924,1 mln. manat və ya 32,0% artaraq 2013-cü ilin dekabrın 1-nə 3 810,7 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin yanvar-noyabr ayları ərzində xarici öhdəliklər 737,1 mln. manat və ya 24,0%, noyabr ayında isə 148,0 mln. manat və ya 4,0% artıb:

Qeyd edək ki, eyni zamanda bankların məcmu xarici aktivlərinin həcmi 2013-cü ilin dekabrın 1-nə 2 485,1 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 389,4 mln. manat və ya 18,6% artıb. O cümlədən ötən ilin yanvar-noyabr ayları ərzində burada 469,0 mln. manat və ya 23,3%-lik, yalnız noyabrda isə 261,4 mln. manat və ya 11,8%-lik artım müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR