ABŞ İranı əməkdaşlığa çağırıb

ABŞ İranı əməkdaşlığa çağırıb
# 11 mart 2014 11:00 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ dövlət katibi İranı 2007-ci ildə bu ölkədə yoxa çıxmış vətəndaşının tapılması üçün əməkdaşlıq etməyə çağırıb.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, Con Kerri bununla bağlı yaydığı bəyanatında bildirib ki, Robert Levinsonun itkin düşməsindən 7 il keçir: “Bu baxımdan ABŞ hörmətlə İrandan onun tapılması üçün səy göstərməsini və R.Levinsonu tapmaq üçün ABŞ-a yardım göstərməsini istəyir”.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı olan R.Levinson 2006-cı ilin fevralında İranın Kiş adasında yoxa çıxıb və rəsmi Tehran onun durumundan məlumatsız olduğunu açıqlayıb. Məlumatlarda R.Levinsonun İran rəsmilərindən yığdığı məlumatları MKİ-yə ötürmək üçün casusluq etdiyi bildirilir. Hətta MKİ-nin onun ailəsinə iddia qaldırmaması üçün 5,2 milyon dollar ödədiyi qeyd edilir. Eyni zamanda MKİ-nin üç vəzifəli işçisinin bununla bağlı apardığı araşdırmalarında müvəffəqiyyətsiz olduqları üçün işdən çıxarıldıqları, 7 nəfərə də töhmət verildiyi vurğulanır. R.Levinsonun itkin düşməsindən bəri bir neçə fotoşəkil və bir videogörüntü yayılıb. ABŞ kəşfiyyat orqanları bu görüntülərə əsaslanaraq onun Əfqanıstan və ya Pakistanda ola biləcəyini açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR