Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub - FOTO

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub - <span style="color: red;">FOTO
# 25 iyun 2014 11:34 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Sonra müdafiə naziri hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edərək hədiyyələr təqdim edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR