Oqtay Əsədov: “Müraciət etmirlərsə, necə əfv etmək olar?”

Oqtay Əsədov: “Müraciət etmirlərsə, necə əfv etmək olar?”
# 30 may 2014 09:58 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, Ə.Hüseynli cəmiyyəti nə üçün İsmayıllıda iğtişaşlar törədilməsi, NİDA üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi narahat edir.

O qeyd edib ki, bu hadisələrin bir çoxu kənar müdaxilələr yolu ilə baş verib: “Bu məsələlər ancaq hüquqi çərçivədə müzakirə oluna bilər. Digər tərəfdən, Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasındadır, hər kəs bu sahədə hüquqlarından istifadə edə bilər. Həm də gənc insanlarla bağlı hallar yüngülləşdirici hal kimi nəzərə alınıb”.

Spiker Oqtay Əsədov bildirib ki, məhkəmə prosesləri başa çatmamış həm beynəlxalq, həm də bir sıra yerli QHT-lər, o cümlədən bəzi millət vəkilləri mənfi aspektdə çıxış edir: “AŞPA sədri də birinci çıxışında Azərbaycana hücumla başladı. O xanım çıxışlarında, mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı danışıb, bununla bağlı “Azərbaycan” qəzeti istisna olmaqla, heç yerdə bir yazı görmədim. Ancaq çıxışındakı tənqidi məqamlar əksini tapıb”.

Vitse-spiker Bahar Muradova bəzi şəxslərin adının siyahıda olmaması səbəbindən prezidentin əfv sərəncamının gözdən salınması kampaniyası aparıldığını söyləyib: “Biz Azərbaycanda yaşayırıq. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxmaq olmaz. Xalq bilir ki, ona nə lazımdır. Bir qisim adamın azadlığa buraxılmamasının Azərbaycanda barış siyasətinə zərbə vurduğunu söyləyənlər yanlış düşünürlər”.

Vitse-spiker səhiyyə sahəsi ilə bağlı iradlara da toxunub: “Hələ icbari tibbi sığorta ilə bağlı mexanizm formalaşmayıb. Ancaq bu əsas vermir ki, bu problemlərə şəxsi kontekstdən yanaşaq, səhiyyə nazirinin üzərinə qoyaq. Bütün bunlar bizim problemlərimizdir, məşğul olmalıyıq. Ancaq “səhiyyə nazirindən yarımadıq” yönündə fikirlər ortaya qoymaq düzgün deyil. Fazil Mustafanın səhiyyə sahəsindəki problemlərdən danışıb sonra məsələni şəxsi müstəviyə yönəldəndə, məsələnin məzmunu dəyişir”.

Spiker Oqtay Əsədov müraciət etməyən şəxslərin əfv edilməsinin mümkün olmadığını vurğulayıb: “Müraciət etmirlərsə, necə əfv etmək olar? Digər tərəfdən, ildə bir dəfə amnistiya keçirsək, cinayət necə cəzalandırılacaq?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR