"Barselona" 11-ci dəfə İspaniya Superkubokunun qalibi olub

"Barselona" 11-ci dəfə İspaniya Superkubokunun qalibi olub
# 29 avqust 2013 04:15 (UTC +04:00)

Bakı-APA. İspaniya Superkubokunun cavab oyunu keçirilib. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, həlledici görüşdə ötən mövsümün La Liqa çempionu “Barselona” “Kral Kuboku”nun qalibi “Atletiko” ilə üz-üzə gəlib.


İlk oyunda meydandan 1:1 hesablı bərabərliklə ayrılan tərəflər cavab görüşündə qolsuz bərabərə qalıb. Bu nəticə “Barselona”ya tarixdə 11-ci dəfə İspaniya Superkubokunu qazanmağa imkan verib.


“Barselona” – “Atletiko” 0:0
İlk oyun – 1:1
Qırmızı vərəqə: F. Luis, 81, A. Turan, 90 (“Atletiko”)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR