TAP və DESFA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

TAP və DESFA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 03 iyul 2013 11:19 (UTC +04:00)

TAP konsorsiumundan «APA-Economics»ə verilən məlumata görə, TAP və DESFA müqaviləni xüsusi olaraq TAP-ın Yunanıstan hissəsi üçün cari texniki əməliyyatlar və istismarı üzrə imzalayıb. Digər birgə fəaliyyətə təhlükəsizlik təminatı və texniki əməkdaşlığı genişləndirmək üçün DESFA kəməri sistemi ilə kəsişmə nöqtələrinin nəzərdən keçirilməsi aiddir.

«Biz artıq bir çox Yunanıstan şirkətləri ilə əməkdaşlıq edirik və bu münasibətləri genişləndirməyə çalışırıq. DESFA ilə 9 aydan da çox müddətdə konstruktiv əməkdaşlıqdan sonra baş tutan bu razılıq TAP-ın planlarının Yunanıstanda uğurla reallaşması üçün əsas addımdır», - deyə TAP-ın Yunanıstan üzrə direktoru Rikard Skoufias bildirib.

Qeyd edək ki, uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.

TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2017-ci ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

Hazırda layihənin 3 səhmdarı var ki, bu, İsveçrənin «Axpo» (42,5%), Norveçin «Statoil» (42,5%) və Almaniyanın «E.ON Ruhrgas» (15%) şirkətləridir.

Xatırladaq ki, ötən ay Azərbaycan Dövlət Neft Şirkəti Yunanıstanın qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin alınması ilə bağlı keçirilən beynəlxalq tenderdə qalib elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR