İranın xarici işlər naziri ilə Məhəmməd əl-Baradey arasında telefon danışığı olub

İranın xarici işlər naziri ilə Məhəmməd əl-Baradey arasında telefon danışığı olub
# 13 iyul 2013 14:08 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bu gün İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə Misirin müvəqqəti prezidentinin müavini Məhəmməd əl-Baradey arasında telefon danışığı olub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Misirdəki vəziyyət müzakirə edilib.

Ə. Salehi bildirib ki, Misirin taleyi bu ölkə xalqının tələbləri əsasında müəyyənləşdirilə bilər: “Misir xalqının qərarına və istəyinə hər kəs hörmət edir”. Onun sözlərinə görə, Misirdəki bütün qüvvələrin vəhdəti bu ölkədəki siyasi vəziyyətin düzəlməsi üçün əhəmiyyətlidir: “Ona görə də prosesdə ölkədəki bütün siyasi qruplar və müdrik adamların iştirakı zəruridir”.

M. əl-Baradey isə öz növbəsində İranla yüksək səviyyədə əlaqələr qurmağın tərəfdarı olduqlarını deyib. O, həmçinin vurğulayıb ki, müxtəlif məsələlərlə bağlı İranla məsləhətləşmələr aparmağın tərəfdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR