İran Qəzvindəki güclü partlayışda ölən və yaralananların olmadığını açıqlayıb - FOTOSESSİYA

İran Qəzvindəki güclü partlayışda ölən və yaralananların olmadığını açıqlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 07 may 2014 00:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Qəzvin vilayətində güclü partlayış baş verib. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, hadisə mayın 6-da Bakı vaxtı ilə saat 18:30-da Qəzvin şəhərinin cənubundakı Şüşəçilər məhləsində, Əsədabadi küçəsində avtomobil yağlarının saxlanıldığı böyük anbarda baş verib. Partlayışdan sonra baş verən yanğını yalnız bir neçə saatdan sonra nəzarət altına almaq mümkün olub və onun ətrafdakı evlərə, ağaclara keçməsinin qarşısı alınıb.

Nəticədə Qəzvin, Həmədan və digər şəhərləri qatı tüstü duman bürüyüb.

Hadisə nəticəsində 18 min litr yağın yandığı bildirilir. Hadisə baş verən ərəfədə yerli və xarici mətbuatda 2 nəfərin öldüyü, 20 nəfərin də xəsarət aldığı barədə məlumat yayılıb. Hətta onlardan üçünün vəziyyətinin ağır olduğu, yaralıların Qəzvin şəhərinin Şəhid Rəcayi xəstəxanasına qaldırıldığı, bəzilərinin isə Tehrana aparıldığı vurğulansa da, ancaq İran hökuməti hadisə nəticəsində ölən və xəsarət alanların olmadığını açıqlayıb.

Dəymiş ziyanın məbləğinin isə 200 mlrd. riyal olduğu bildirilir. Yanğının üç saatdan sonra tamamilə söndürüləcəyi qeyd olunub. Buna səbəb kimi anbardakı yağ çəlləklərində də yanğın baş verməsi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR