Səhiyyə Nazirliyi Sabunçuda baş verən körpə ölümünün səbəbini açıqlayıb

Səhiyyə Nazirliyi Sabunçuda baş verən körpə ölümünün səbəbini açıqlayıb
# 22 may 2014 11:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyə Nazirliyi ötən gün Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanada baş verən körpə ölümünün səbəbini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, ana Fəridə Məhərrəmova hamiləlik dövründə güclü stress keçirib, bu da ana bətnində olan uşaq mənfi təsir edib. A. Qədirli deyib ki, ana hamiləlik dövründə ilandan qorxaraq stress keçirib, bir müddət psixiatr və nevropatoloq yanında müalicə alıb: “Bu da ana bətnində olan uşağa mənfi təsir edib. Uşaq doğuşdan sonra 2 gün reanimasiyada qalıb, 3-cü gün isə ürəyin dayanması nəticəsində ölüb. Ana güclü stress keçirdiyindən körpənin doğuşdan sonra sağ qalmayacağı əvvəlcədən gözlənilirdi”.

Qeyd edək ki, bu, ana Fəridə Məhərrəmovanın ilk hamiləliyi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR