Ombudsmanın nümayəndələri başçəkmələr həyata keçiriblər

Ombudsmanın nümayəndələri başçəkmələr həyata keçiriblər
# 09 sentyabr 2013 12:43 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şəki Regional Mərkəzinin əməkdaşları Mingəçevir, Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonları polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrin məqsədi bu müəssisələrdə saxlanılma şəraiti, rəftar və sənədləşmənin araşdırılması olub.

Ombudsmanın nümayəndələri başçəkmələr zamanı müvəqqəti saxlama yerlərində şəxslərin saxlanılma şəraiti ilə tanış olub, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxıblar. Həmin şəxslərə hüquqları izah edilib. Araşdırma zamanı hər hansı pozuntu halı müşahidə edilməyib.

Söhbət aparılmış şəxslər saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazılıq etməyiblər.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı bu müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR