Almaniya DÇ-nin 1/4 finalında Fransa ilə qarşılaşacaq - VİDEO

Almaniya DÇ-nin 1/4 finalında Fransa ilə qarşılaşacaq - <span style="color: red;">VİDEO
# 01 iyul 2014 02:28 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, bu qarşılaşma tərəflərin 3-cü görüşü kimi tarixə düşüb. Maraqlıdır ki, bu komandaların əvvəlki 2 oyununda ərəblər qalib gəlib. Həmin bu 2 matçın top fərqi Afrika təmsilçinin xeyrinə olub - 4:1. Üçqat dünya çempionları rəqibin müqavimətini ancaq əlavə edilmiş vaxtda qıra biliblər. Almaniya yığması çətinliklə Əlcəzair üzərində qələbə qazanıb - 2:1.

1 iyul, 1/8 final

Almaniya - Əlcəzair - 2:1
Qollar: Şürle, 92; Özil, 120 - Djabou, 120

Beləliklə dünya çempionatında daha bir 1/4 final cütlüyü məlum olub. Turnirin 1/4 finalında Fransa və Almaniya qarşılaşacaqlar.

Fransa 1/8 finalda Nigeriya üzərində 2:0 hesabı ilə qələbə qazanıb. Almaniya isə bu mərhələdə çox çətinliklə Əlcəzair komandasına evə göndərib - 2:1.

Fransa və Almaniya arasında 1/4 final iyulun 4-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR