Şabran rayonunda yanğın olub, 1 nəfər xəsarət alıb

Şabran  rayonunda yanğın olub, 1 nəfər xəsarət alıb
# 06 mart 2014 03:00 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şabran rayon mərkəzindən 20 km aralıda yerləşən Ağalıq kəndində vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı tövlənin sahibi ayaq nayihəsindən yüngül yanıq xəsarətləri alıb, ona hadisə yerində Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR