Bakıda hesab kartından pul oğurlanıb

Bakıda hesab kartından pul oğurlanıb
# 24 yanvar 2014 07:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı şəhər sakininin hesab kartından pul oğurlanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Rövşən Ruslan oğlu İsmayılov 28-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək özünə məxsus BTB bankının hesab kartından 1768 manat pul internet vasitəsi ilə oğurlandığını bildirib.

Hazırda polis oğurluq hadisəsini törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR