“Nar Mobile” Beynəlxalq Karlar Günündə sosial aksiya keçirib - FOTO

“Nar Mobile” Beynəlxalq Karlar Günündə sosial aksiya keçirib - <span style="color: red;">FOTO
# 30 sentyabr 2013 08:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq daha bir xeyriyyə təşəbbüsü ilə çıxış edib.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, hər il ənənəvi olaraq sentyabr ayının sonuncu həftəsində dünya miqyasında keçirilən Beynəlxalq Karlar günü də “Nar Mobile” rəhbərliyinin diqqətindən yayınmayıb.

Beynəlxalq Karlar günü münasibətilə keçirilmiş bayram tədbirini giriş sözü ilə Azərbaycan Karlar Cəmiyyətinin sədri Tapdıq Xalıqov açıb. Daha sonra çıxış edən sədrin 1-ci müavini Musa Tukanov və digər iştirakçılar tədbirin əhəmiyyətindən bəhs edib və göstərdiyi dəstəyə görə “Nar Mobile” mobil operatoruna öz təşəkkürlərini bildiriblər. Mərasimə qatılan “Nar Mobile” əməkdaşları isə iştirakçılara mobil operator tərəfindən eşitmə qüsurlular üçün xüsusi olaraq hazırlanmış kompüterdən istifadə video-kursları – DVD-lər hədiyyə ediblər. Eşitmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə qazandırılması istiqamətində göstərilən fəaliyyətin əhəmiyyətindən bəhs edən şirkətin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət üzrə rəhbəri Nigar Arpadarai, “Nar Mobile” mobil operatoru tərəfindən təşkil edilən kompüterdən istifadə video-kurslarının üstünlüklərindən söhbət açıb.

Qeyd edək ki, video-kurslar eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslər üçün ilkin hazırlıq xarakteri daşımaqla bərabər, onların ofis mühitinə tamamilə rahatlıqla adaptasiya olmaları üçün geniş imkanlar yaradacaq. “Microsoft Word”, “Microsoft Excel”, “Microsoft PowerPoint” və digər əsas kompüter proqramlarını tədris edən bu DVD-lər onlarda kompüter texnologiyaları haqqında baza biliklərinin formalaşmasına bilavasitə yardım edəcək.

Eşitmə qabiliyyəti məhdud olan vətəndaşların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində mühüm işlər görmüş “Nar Mobile” bu əlamətdar gündə Azərbaycan Karlar Cəmiyyətindəki bayram əhval-ruhiyyəsinə öz töhfəsini verməyi unutmadı. Video-kurslar haqqında daha ətraflı məlumat isə yaxın günlərdə mobil operatorun İnternet səhifəsində yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR