Dünya Bankı Azərbaycanla İKT sektorunda əməkdaşlıq etmək marağındadır

Dünya Bankı Azərbaycanla İKT sektorunda əməkdaşlıq etmək marağındadır
# 25 iyun 2013 07:04 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Dünya Bankının (DB) İKT sektorunun meneceri Randip Sudanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

RİTN-dən «APA-Economics»ə verilən məlumata görə, Nazirliyin şöbə müdirləri, birlik və müəssisə rəhbərlərinin iştirak etdiyi görüşdə Azərbaycanda həyata keçirilən İKT layihələrdən söz açılıb.


R.Sudan Azərbaycanda İKT sektorunun sürətlə inkişaf etdiyini qeyd edib. DB-nın İKT sektoru ilə əlaqədar həyata keçirdiyi layihələrdən danışan qonaq bununla bağlı böyük təcrübələrinin olduğunu önə çəkib. R.Sudan DB-nın Azərbaycanla əsasən 3 istiqamət üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb: «Bu üç istiqamət genişzolaqlı internetin inkişafı, kibertəhlükəsizlik məsələləri və «elektron hökumət» quruculuğundan ibarətdir. Azərbaycanın sözügedən sahələr üzrə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Ona görə də bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıyıq».


Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov Azərbaycanın sektor üzrə əldə etdiyi təcrübə və görülən işlərlə bağlı qonaqları məlumatlandırıb. Azərbaycanda «elektron hökumət» quruculuğu istiqamətində geniş işlər görüldüyünü, artıq bir çox dövlət xidmətlərinin elektronlaşdırıldığını və əhalinin istifadəsinə verildiyini qonaqların diqqətinə çatdırıb.


Sonra birlik və müəssisələrin rəhbərləri həyata keçirilən işlərlə bağlı geniş məlumat verərək DB ilə mümkün əməkdaşlığı nəzərdən keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR