ANAMA Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə cəlb oluna bilər

ANAMA Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə cəlb oluna bilər
# 17 may 2014 10:16 (UTC +04:00)

Artıq bununla bağlı dəqiqləşdirmələr və layihələrin dəqiqləşdirilməsi işlərinə başlanıb. İşlərə nəzarət Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün Türkiyə tərəfi Azərbaycana da müraciət etməyi düşünür. Nazirlikdən bildirilib ki, bundan əvvəl Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Türkiyə ərazisində bir neçə layihə həyata keçirib. Eyni zamanda Türkiyənin yaradacağı müvafiq qurum üçün kadrlara təlimlər verib: “Düşünürük ki, bu işdə Azərbaycanla əməkdaşlıq daha səmərəli olar. Regionda ANAMA bu sahə üzrə ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınmış, NATO və Avropa Birliyi referansı olan yeganə təşkilatdır. Eyni zamanda Türkiyədə də bir neçə layihə reallaşdırıb”.

Nazirlik nümayəndəsi layihə üzrə tenderin cari ilin sonu, 2015-ci ilin əvvəlinə elan edilməsinin planlaşdırıldığını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR