Xaçmazda baş verən qəzada 2 nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO

Xaçmazda baş verən qəzada 2 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 aprel 2014 20:52 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün axşam saatlarında Xaçmaz şəhərində yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Atatürk və 20 yanvar küçələrinin kəsişməsində qeydə alınıb. Xaçmaz şəhəri sakini, 1988-ci il təvəllüdlü Məmmədov Nail Faiq oğlunun idarə etdiyi 90 EU 048 dövlət nömrə nişanlı “Niva” markalı avtomaşın 1993-cü il təvəllüdlü Cəfərov Elvin Rasim oğluna məxsus 27 BX 530 nömrəli “Vaz 2107” markalı maşınla toqquşub. Daha sonra “Niva” hərəkətsiz vəziyyətdə dayanan Faiq Cəfərova məxsus 90 GT 621 qeydiyyatlı “Vaz 21 015” markalı maşına çırpılıb. İdarəetməni itirən “Niva”nın sürücüsü nəqliyyat vasitəsini hasara çırpıb.

Qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Niva”-nın sürücüsü N.Məmmədov və “Vaz 21 07”-nin sürücüsü müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. “Vaz 2107”-nin sürücüsünün vəziyyəti isə orta ağır qiymətləndirilir.


Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR