“AXA Mbask” sığorta şirkəti nizamnamə kapitalını artırır

“AXA Mbask” sığorta şirkəti nizamnamə kapitalını artırır
# 05 fevral 2014 10:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “AXA Mbask” sığorta şirkətinin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

Emissiyanın həcmi 5 500 800 manat, bir səhmin nominal dəyəri 382 manat təşkil edir. Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 63% artırılaraq 14 232 800 manata çatdırılacaq. Bakı Fond Birjasında nəzərdə tutulan yerləşdirmədə anderrayter kimi “Unicapital” MMC çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR