NATO nümayəndələri Respublika Seysmoloji Xidmət Mərkəzində görüşlər keçirib - FOTO

NATO nümayəndələri  Respublika Seysmoloji Xidmət Mərkəzində görüşlər keçirib - <span style="color: red;">FOTO
# 09 aprel 2014 14:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə birgə həyata keçirilən layihələrin icra vəziyyəti ilə bağlı NATO nümayəndələri Bakıda səfərdədirlər.

RSXM-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, NATO-nun Brüsseldəki baş qərargahının nümayəndələri - Eyyub Turmuş, Dəniz Detən, Françesko Mulargiya və İstanbul Boğaziçi Universiteti Kandilli Rəsədxanasının Zəlzələ Araşdırmaları İnstitutunun zəlzələ mühəndisi Gülüm Tanrıcan AMEA nəzdində RSXM-də olublar.

Səfər çərçivəsində qonaqlar RSXM-in baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə AMEA nəzdində RSXM-in NATO ilə birgə həyata keçirdiyi layihələrin icra vəziyyəti müzakirə edilmişdir. Həmçinin tərəflərin birgə həyata keçirdiyi layihələrdən biri - “Cənubi Qafqaz, Şərqi Türkiyə enerji dəhlizinin seysmik təhlükə və riskinin hesablanması” layihəsinin uğurla icra edildiyi qeyd olunub.

Görüşdə tərəflər bundan sonra da birgə layihələrin həyata keçirilməsinin zəruriliyini önə çəkərək, ikitərəfli əməkdaşlığın davam etdirilməsinə maraqlı olduqlarını bildiriblər. NATO nümayəndələri həmçinin RSXM-in Monitorinq Mərkəzində də olublar. Burada da qonaqlara mərkəzdə aparılan seysmoloji tədqiqatlar, həyata keçirilən layihələrə dair ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR