“Jurnalistlərin dostu” mükafatı laureatının müəyyənləşdirilməsi üçün müvafiq anketlər hazırlanıb

“Jurnalistlərin dostu” mükafatı laureatının müəyyənləşdirilməsi üçün müvafiq anketlər hazırlanıb
# 25 sentyabr 2013 13:59 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi (AJMK) “Jurnalistlərin dostu” mükafatı laureatının müəyyənləşdirilməsi üçün müvafiq anketlər hazırlayıb və onların aidiyyatı üzrə paylanmasını təmin edib. “RUH” AJMK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəzetlərə, jurnallara, informasiya agentliklərinə, internet media resurslarına, jurnalist təşkilatlarına, televiziya və radiolara ümumilikdə 100-dən artıq anket paylanıb və onlardan 80 faizinə cavab alınıb. Yaxın günlərdə prosesi tamamilə yekunlaşdırmaq və cavabları qruplaşdırmaq nəzərdə tutulur.

Qeyd edək ki, “Jurnalistlərin dostu” mükafatı Azərbaycan vətəndaşı olan, ölkədə söz və mətbuat azadlığı prinsiplərini müdafiə edən vəzifəli şəxslərə, ictimai və siyasi xadimlərə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR