Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini təbrik edib

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini təbrik edib
# 08 noyabr 2013 11:46 (UTC +04:00)

APA-nın məlumatına görə, Z. Həsənov şəxsi heyətə ünvanladığı təbrikində milli-mənəvi dəyərlərə hörmət və müqəddəs dövlətçilik rəmzlərinə böyük ehtiram göstərən prezident İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis olunması haqqında imzaladığı sərəncamın böyük tarixi əhəmiyyəti olduğunu qeyd edib: “Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanılıb, dövlətçiliyimiz möhkəmlənib, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmizin müdafiə qüdrəti daha da artıb. İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etmək üçün səylərinizi daha da artıracaq və hər an ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına hazır olacaqsınız. Hər birinizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR